13 C
Baku
Friday, November 22, 2024

“Bank Avrasiya” ilk rübdə kiçilib, lakin mənfəətlə işləyir

“Bank Avrasiya” ASC 2023-cü ilin ilk rübündə kiçilmə yaşayıb, lakin ili 1.56 mln. manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə bankın rüblük hesabatına istinad edir.

Hesabata görə, aktivlərin həcmi ilk rübdə 4.37 mln. manat və ya 2% azalmaqla 224.27 mln. manatdan 219.89 manata enib.

Aktivlərində enişə ən çox təsir edən amil nağd vəsaitlərin ilk rübdə 5.6 mln. manat və ya 10% azalmaqla 50.23 mln. manata, banklar və digər maliyyə institutlarındakı depozitlərin 12% azalması ilə 22.1 mln. manata düşməsidir. Müştərilərə verilən kreditlərin həcmi isə 3% artımla 125.35 mln. manatdan 129.34 mln. manata yüksəlib.

“Bank Avrasiya” ASC-nin öhdəlikləri 4% azalaraq 144.48 mln. manata düşüb. Burada depozitlər 7% azalma ilə74.07 mln. manata düşüb, o cümlədən 68.06 mln. manatı fiziki şəxslərin və 6.01 mln. manatı hüquqi şəxslərin depozitləridir.

Fiziki şəxslərin depozitləri 1% artarkən, hüquqi şəxslərin depozitəri 52% azalıb.

Bankın faiz gəlirləri 2023-cü ilin ilk rübündə 3.87 mln. manat olub. Bu, öncəki ilin eyni dövründə 2.97 mln. manat idi.

Beləliklə, öncəki ildə 0.76 mln. manat xalis mənfəət əldə etdiyi halda, cari ildə bu rəqəm 1.56 mln. manat olub.

Hesabatlılıq dövrü: 31.03.2023

 

Hesabat dövrü

 Ötən ilin sonu

1

Aktivlər:

     219.89

     224.27

1.1

Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait

        50.23

        55.83

1.2

Ticarət və investisiya qiymətli kağızları

        17.93

        17.95

1.3

Banklar və digər maliyyə institutlarındakı depozitlər

        22.10

        25.00

1.4

Banklar və digər maliyyə institutlarına verilən kreditlər

          4.69

          4.70

1.5

Müştərilərə verilmiş kreditlər

     129.34

     125.35

1.5.1

a) istehlak kreditləri

        10.33

          8.88

1.5.2

b) biznes kreditləri

        67.77

        66.90

1.5.3

c) daşınmaz əmlak kreditləri

        51.24

        49.57

1.5.4

d) digər kreditlər

               –  

               –  

1.5.5

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

        15.50

        15.42

1.5.6

Müştərilərə verilmiş kreditlər (xalis)

     113.84

     109.94

1.6

Əmlak və avadanlıqlar

          7.20

          3.72

1.7

Qeyri-maddi aktivlər

          0.28

          0.27

1.8

Təxirə salınmış vergi aktivləri

 

 

1.9

Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat

 

 

1.1

Digər aktivlər

          3.63

          6.86

2

Öhdəliklər:

     144.48

     150.46

2.1

Depozitlər

        74.07

        79.70

2.1.1

a) fiziki şəxslərin depozitləri

        68.06

        67.07

2.1.2

b) hüquqi şəxslərin depozitləri

          6.01

        12.63

2.2

Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər

               –   

               –  

2.3

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər

        69.25

        69.29

2.4

Borc qiymətli kağızları

               –  

               –  

2.5

Cari vergi öhdəlikləri

          0.09

          0.70

2.6

Təxirə salınmış vergi öhdəliyi

               –  

               –  

2.7

Subordinasiya borc öhdəlikləri

               –  

               –  

2.8

Digər öhdəliklər

          1.07

          0.76

3

Kapital:

        75.42

        73.81

3.1

Səhmdar kapitalı

        50.00

        50.00

3.2

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

               –  

               –  

3.3

Bölüşdürülməmiş mənfəət

        23.40

        21.85

3.4

Ümumi ehtiyatlar:

          2.01

          1.96

3.4.1

a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar

          1.58

          1.47

3.4.2

b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar

               –  

               –  

3.4.3

c) digər ümumi ehtiyatlar

          0.43

          0.49

4

Cəmi öhdəliklər və kapital

     219.89

     224.27

 

Son xəbərlər
Digər xəbərlər