“Bank Avrasiya” ötən 2 dəfə artıq icarə xərci çəkib – reklam isə azalıb

Bank Avrasiya ASC / Foto: Sabir Mirzə, Banker.az

“Bank Avrasiya” ASC (haqqında) 2018-ci il ərzində 4,16 milyon manatlıq əməliyyat xərci edib ki, bu da 2017-ci il ilə müqyisədə 10% daha çoxdur.

Banker.az Bankın 2018-ci il audit hesabatına istinad edir ki, kommersiya bankı 2018-ci il ərzində əməliyyat xərclərinin 1,83 mln. manatı işçilərin əmək haqları, 610 min manatı amortizasiya, 258 min manatı sosial xərclər, 26 min manatı reklam, 339 min manata yaxın MBNP-na, 71,43 min icarə və s. xərclər təşkil edib.

Bankın reklam xərcləri 2018-ci ildə 2017-ci ildən 10 mln. manat daha az, icarə xərcləri isə az qala 2 dəfə daha çox olub.

Xatırladaq ki, bank Baş ofisi daxil olmaqla ölkədə cəmi 3 filialı var. Fəaliyyət şəbəkəsinin bu göstərici ilə ən aşağı göstəriciyə malik olan bankdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları