13 C
Baku
Saturday, November 23, 2024

“Bank Avrasiya” problemi kreditləri silmək hesabına mənfəətə çıxıb

“Bank Avrasiya” ASC-nin ilin ilk rübü ərzində gəlirləri azalıb.

Banker.az xəbər verir ki, bu barədə bankın 2018-ci ilin ilk 3 ayı ərzində olan hesabatında deyilir.

Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə “Bank Avrasiya”-nın cəmi gəlirləri azalaraq 2,79 mln. manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlardan 1,85 mln. manat ayırması hesabın ilin ilk rübü ərzində 3,23 mln. manat xalis mənfəət əldə edib. Qeyd etmək lazımdır ki, bu bank son iki il ərzində bu strategyasını dəyişmir, aktivlərindəki – aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatı 13 mln. manat “mənfi” rəqəmə çevirib. Digər diqqət çəkən məqam ötən ilin analoji dövrü ilə müqayisədə xalis mənfəətin 2 dəfə kiçilməsidir.

Bankın problemli kreditlərinin payı portfeldəki çəkisin 2 dəfə azaldaraq 7%-ə endirib. Belə ki, 92,11 mln. manatlıq kredit portfelinin cəmi 6,5 mln. manatı problemli kreditlərdir.

Qeyd edək ki, bankın cəmi öhdəlikləri artaraq 162,22 mln. manat, cəmi öhdəlikləri 100 mln. manat və cəmi kapitalı 62,21 mln. manat edib. Hazırda kapitalın 50 mln. manatı səhmdarlar trəfindən banka yatırılan məbləğdir.

 

Son xəbərlər
Digər xəbərlər