10 C
Baku
Wednesday, December 11, 2024

“Bank Avrasiya”da iki yeni baş inzibatçı təyin edilib

“Bank Avrasiya” ASC-nin yeni baş inzibatçılar təyin edilib.

Banker.az xəbər verir ki, bu Əmircanov Çingiz Ələddin oğludur. O, həmçinin İdarə Heyətinin üzvü olmaqla yanaşı Maliyyə departamentinin müdiri idi.

Abbasova Səbinə Məmməd qızı isə Baş əməliyyat inzibatçısı təyin edilib. O da buna qədər İ.H.-nin üzvü olmaqla yanaşı departament rəhbəri idi. Belə ki, Xəzinədarlıq və hesablaşmalar departamentinin direktoru idi.

Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85 %-lik, “Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i “PDM Qrup” MMC-yə, 25 %-i isə “Azbizneskom” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər