13 C
Baku
Saturday, November 23, 2024

“Bank Avrasiya”da problemli kreditlərin həcmi kəskin artıb

“Bank Avrasiya” ASC-nin cəmi aktivləri son 3 ay ərzində 4,68 mln. manat azalmaqla 164,77 mln. manata düşüb. 

Banker.az xəbər verir ki, bu barədə maliyyə qurumunun 2018-ci ilin 3-cü rübünə təqdim etdiyi maliyyə hesabatında qeyd edilib.

Cəmi aktivlərin 56%-i, yəni, 92,55 mln. manatı (cüzi artım olub) müştərilərə verilmiş kreditlərdir ki, bunun da 25,18 mln manatı problemli kreditlərdir. İlin 2-ci rübündə problemli kreditlərin ümümi kredit portfeldəki payı cəmi 7% olduğu halda, 3-cü rüb ərzində artaraq 27%-ə qədər artıb.

Müştərilərin bankdakı hesabları azalıb

“Bank Avrasiya”nın cəmi öhdəlikləri 2 mln. manata kimi azalaraq 103,26 mln. manat təşkil edib ki, bunun da əsas səbəbkarı müştərilərin bankdakı hesablarının 17% azalaraq 20,49 mln. manata düşməsi olub. Öhdəliklərdə digər pay sahibi müştərilərdən cəlb olunan depozitlər isə cüzi artaraq 33,2 mln. manata qalxıb.

Eləcə də oxu: “Bank Avrasiya” III rüb ərzində 2 milyona yaxın zərər edib

Bankın cəmi kapitalı hazırda 61,51 mln. manata təşkil edir.

Xatırladaq ki, hazırda “Bank Avrasiya” ASC-nin nizamnamə kapitalı 50 mln. manatdır. Bankın nizamnamə kapitalında (səhm kapitalı) “Evro Standard” MMC 37.5%, “PMD Qrup” MMC 37.5% və “Azbizneskom” MMC 25% pay sahibidir.

Untitled

Son xəbərlər
Digər xəbərlər