15 C
Baku
Saturday, October 19, 2024

“Bank Avrasiya”nın İdarə Heyətinə təyinat

“Bank Avrasiya” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, Hürü Salxayeva Vaqif qızı İdarə Heyətinin üzvü təyin edilib.

H.Salxayeva paralel olaraq Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsini icra edəcək.

Hürü Salxayeva buna qədər Əmanətlərin Sığortalanması Fondunun LPO “Amrahbank” ASC-nin ləğvetmə üzrə müşaviri vəzifəsində və 17 ilə yaxın “Amrahbank” ASC-də maliyyə strukturlarında çalışıb.

O, sonuncu dəfə 2019-2020-ci illərdə “Amrahbank”ın sədrinin müşaviri idi.

Xatırladaq ki, “Bank Avrasiya” 71.8 milyon nizamnamə kapitalına sahibdir. Kapitalın 37.50%-i “Euro Standard” Şirkəti, 37.50%-i PMD Group-a və 25% -i “Azbizneskom” Şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər