14 C
Baku
Friday, November 15, 2024

Bank Avrasiyanın kapitalı azalıb

Banker.azın bankın maliyyə göstəricilərinə istinadən verdiyi məlumata görə, bank 2016-cı ilin sonuna dair hesabatlarını açıqlamışdır.

Hesabatlara əsasən, bank 2016-cı ili 900 min manat mənfəətlə başa vurub. Halbuki, bankın 3-cü rübün sonuna dair mənfəəti 5 mln. manata yaxın idi. İl sonunda bankın xərcinin niyə artdığı sadəcə sual doğurur . Ekspertlərin fikrincə bu bankın maliyyə xərcləri ilə əlaqədar olduğu ehtimal edilir.

Bankın aktivlərində isə qismən artım müşahidə edilib. Belə ki, aktivləri 138 mln . manatdan 143 mln. manata artmışdır. Artım daha çox bankın öhdəliklərinin artımı nəticəsində nail olunmuşdur. Kapitalda isə əksinə, 4 mln. azalma olaraq 52 mln. manata düşmüşdür.

 

Bankın maliyyə hesabatları ilə daha detallı tanış olmaq üçün:

Mənfəət və zərər hesabatı (2016 4-cü rüb)

Balans hesabatı (2016 4-cü rüb)

 

Son xəbərlər
Digər xəbərlər