12 C
Baku
Saturday, November 23, 2024

“Bank Avrasiya”nın kredit portfeli kiçilib – Səbəb?

“Bank Avrasiya” ASC-nin kredit portfeli son üç ayda azalıb.

Bankın portfeli 2021-ci ilin III rübündə 117.07 mln. manat olduğu halda, IV rübün sonuna 114.22 mln. manata düşüb ki, bu da 2.4% azalma deməkdir.

Kredit portfelinin kiçilməsinə səbəb isə bankın portfelində ikinci önəmli aktiv olan ipoteka kreditlərinin kiçilməsidir. Belə ki, “Bank Avasiya”nın ipoteka kreditləri son üç ayda 4.43 mln. manat, yaxud 10.2% azalaraq 38.99 mln. manata düşməsidir.

Bankın kredit portfelinin digər 70.38 milyon manatı biznes və 3.2 milyon manatı isə istehlak kreditləridir.

Xatırladaq ki, “Bank Avrasiya” 50 milyon nizamnamə kapitalına sahibdir. Kapitalın 37.50%-i “Euro Standard” Şirkəti, 37.50%-i PMD Group-a və 25% -i “Azbizneskom” Şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər