7 C
Baku
Sunday, December 15, 2024

“Bank Avrasiya”nın kredit portfelinin aktivlərdə payı kəskin azalıb

“Bank Avrasiya” ASC-nin cəmi aktivlərinin həcmi 2019-cu ilin 2-ci rübündə 195,9 mln. manat təşkil etməklə 2-ci rüb ərzində aktivlərini 26% artırıb.

Banker.az bu barədə bankın 30 iyun 2019-cu il tarixinə olan rüblük hesabatına istinad edir.

2-ci rübün sonuna bankın aktivlərinin 89,31 mln. manatı kredit portefli təşkil edib. Kredit portfeli son 3 ay ərzində 9% kiçilməli olub.

Hazırda “Bank Avrasiya”-nin kredit portfelinin aktivlərində payı 46% təşkil edib. İlk rübdə bu göstərici 59% təşkil edirdi.

Beləliklə hesabatdan məlum olur ki, bankın aktivlərinin böyüməsinə səbəb kredit portfeli deyil, Mərkəzi Bankda olan müxbir hesabının 2 dəfədən çox artaraq 36,08 mln. manata çatmasıdır.

“Bank Avrasiya”ın öhdəlikləri hazırda 129,16 mln. manat təşkil edir, bunun 77,69 mln. manatı müştərilərdən cəlb etdiyi depozitlərdir.

Bankın cəmi 66,74 mln. manat olmaqla, bunun, 50 mln. manatı səhm kapitalı, 12,66 mln. manatı isə bölüşdürülməmiş mənfəətdir.

Son xəbərlər
Digər xəbərlər