21 C
Baku
Wednesday, July 16, 2025

“Bank Avrasiya”nın mənfəəti 4 dəfə artıb

“Bank Avrasiya” ASC 2025-ci ilin 2-ci rübünü 4 milyon 416 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 1 milyon 54 min manat olub ki, bu da illik müqayisədə 4 dəfə artımdır.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-iyun aylarında “Bank Avrasiya”nın gəlirləri 9 milyon 426 min manat, xərcləri 5 milyon 962 min manat  təşkil edib.

Cari ilin iyul ayının 1-nə “Bank Avrasiya”nın cəmi aktivləri 195 milyon 235 min manat olub ki, bunun 133 milyon 269 min manat müştərilərə verilmiş kreditlərdir.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 116 milyon 333 min manatdan 106 milyon 268 min manata, cəmi kapitalı isə 84 milyon 645 min manatdan 88 milyon 967 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər