12 C
Baku
Wednesday, February 18, 2026

“Bank Avrasiya”nın Müşahidə Şurasına yeni üzv seçilib

Gözlənildiyi kimi “Bank Avrasiya” ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Zaur Əhmədov Qalib oğlu Müşahidə Şurasının üzvü seçilib.

Buna qədər qeyd edilən vəzifə vakant idi. Beləliklə M.Ş. üzvlərinin sayı sədrlə birlikdə üçə yüksəlib.

Hələ 2025-ci ilin oktyabr iclasında Müşahidə Şurasının üzvləri siyahısında dəyişiklik edilməsi ilə bağlı iclas keçirilməsi planlaşdırılmışdı.

Zaur Əhmədov buna qədər bankın Audit Komitəsində vəzifə tuturdu.

Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 37,5 %-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85 %-lik, “Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i “PDM Qrup” MMC-yə, 25 %-i isə “Azbizneskom” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər