“Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1700792251) 22 oktyabr 2025-ci il tarixində saat 11:00-da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Banker.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Rüfət Kərimovun səhmdarlara göndərdiyi bildirişdə deyilir.
Gündəlikdə əsas məsələ “Bank Avrasiya” ASC-nin Müşahidə Şurasının üzvləri siyahısında dəyişiklik edilməsi ilə bağlıdır.
Yığıncaq Bakı şəhəri, Nizami küçəsi, ev 112 B ünvanında təşkil olunacaq.
Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 37,5 %-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85 %-lik, “Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i “PDM Qrup” MMC-yə, 25 %-i isə “Azbizneskom” MMC-yə məxsusdur.