5 C
Baku
Saturday, December 14, 2024

“Bank Avrasiya”nın rəhbərlərindən biri vəzifəsini tərk edib – yeni təyinat

“Bank Avrasiya” ASC-nin Müşahidə Şurası (MŞ) üzvlərindən biri vəzifəsini tərk edib.

Banker.az bu barədə məlumatı Banka yaxın mənbəyə istinad edir.

Məlumata görə, MŞ-ni tərk edən şəxs Fariz Əzizovdur.  Digər məlumata görə isə onun yerinə isə Vurğun Babaşov təyinat alıb. Belə ki, V.Babaşov 28 yanvar 2019-cu il tarixindən “Bank Avrasiya” ASC-nin MŞ üzvü seçilib .

Vurğun Babaşov 27 iyul 1971-ci il tarixdə anadan olmuşdur. 1993-cü ildə N.N.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı Filialının “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” fakultəsini bitirmişdir. 1999-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetin “Hüquqşünaslıq” fakultəsinin bitirmişdir. 1996-cı ildən dövlət sektorunda və daha sonra hüquqşünaz kimi fəaliyyət göstərmişdir.

Son xəbərlər
Digər xəbərlər