“Bank Avrasiya” ASC-nin səhmdarlarının qərarı ilə balansındakı bölüşdürülməmiş mənfəətin bir hissəsi onun səhm (nizamnamə) kapitalının artımına yönəldilib.
Banker.az bunu banka yaxın mənbədən əldə edir.
Məlumata əsasən, 13 aprel 2024-cü il tarixində Bank Avrasiyanın 21.8 milyon manat məbləğində bölüşdürülməmiş mənfəətlərin köçürülməsi əsasında nizamnamə kapitalını 50 milyon manatdan 71.8 manata yüksəldilib.
İlin əvvəlində qədər bankın bölüşdürülməmiş mənfəəti 28.35 mln. manat idi.
Xatırladaq ki, “Bank Avrasiya” 71.8 milyon nizamnamə kapitalına sahibdir. Kapitalın 37.50%-i “Euro Standard” Şirkəti, 37.50%-i PMD Group-a və 25% -i “Azbizneskom” Şirkətinə məxsusdur.