18 C
Baku
Thursday, October 31, 2024

“Bank Avrasiya”nın səhmləri satıldı – Yeni səhmdarları açıqlandı

“Bank Avrasiya” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Bankın səhmdarları siyahısında dəyişiklik olub.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Belə ki, Bankın nizamnamə kapitalının 37,50 % hissəsinə malik olan “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə satılmışdır. Həmçinin digər səhmdar “PMD Group” MMC-nin nizamnamə kapitalındakı 37.5 % mühüm iştirak payının 12.00 % hissəsi “Top Properties” MMC-yə, 24.50 % hissəsi Bankın digər səhmdarı “Azbizneskom” MMC-yə, 1.00 % hissəsi isə fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğluna satılmışdır. Beləliklə hal-hazırda Bankın nizamnamə kapitalının 49.50 faizinə “Top Properties” MMC, 49.50 faizinə “Azbizneskom” MMC, 1.00 faizlik hissəsinə isə fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğlu sahiblik edir.

Bundan əlavə, “Bank Avrasiya” ASC-nin Müşahidə Şurasının üzvlərində də dəyişiklik olunmuşdur.

Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Seyidzadə Rüfət Faxrəddin oğlu Müşahidə Şurasının müstəqil üzvü təyin olunmuşdur və o, indiyədək Müşahidə Şurasının müstəqil üzvü olan Babaşov Vurğun Sitam oğlunu əvəz edəcəkdir. Seyidzadə Rüfət Faxrəddin oğlu informasiya təhlükəsizliyi sahəsində peşəkar mütəxəssisdir və uzun müddət ölkənin aparıcı şirkətlərindən biri olan “NAB Group of Companies” Şirkətində rəhbər vəzifələrdə çalışmışdır.

Məlumat üçün qeyd edək ki, hazırda Bankda Müşahidə Şurasına Aslanov Fuad Cəbrayıl oğlu sədrlik edir. Digər üzv isə Daşqın Miskin oğlu İsmayılovdur. 

Son xəbərlər
Digər xəbərlər