“Bank Avrasiya”nın xalis mənfəəti azalıb

Bank Avrasiya ASC / Foto: Sabir Mirzə, Banker.az
  •  
  •  
  •  
  •  

“Bank Avrasiya” ASC 2019-cu ilin 1-ci rübünü 14 min manat xalis mənfəət ilə başa vurub. 

Banker.az bu barədə Bankın 2019-cu ilin ilk rübünə olan maliyyə hesabatına istinad edir.

Bank 2018-ci ilin 1-ci rübünü 3 milyon 234 min manat xalis mənfəət ilə bağlamışdı. Belə ki, “Bank Avrasiya”nın xalis mənfəəti ötən illə müqayisədə 231 dəfə azalıb. Buna səbəb isə  1,628 mln manatın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına
ayrılmasıdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

2019-cu ilin yanvar-mart ayları ərzində “Bank Avrasiya”nın cəmi gəlirləri 3 milyon 299 min manat, cəmi xərcləri isə1 milyon 665 min manat təşkil edib. Nəticədə gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 634 min manat əməliyyat mənfəəti yaranıb.

Bankın yanvar-mart ayları ərzində cəmi aktivləri 155,35 mln manat, cəmi öhdəlikləri isə 91,303 mln manat təşkil edib.

Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-u “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85%-lik, “Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 37,5%-i “PDM Qrup” MMC-yə, 25%-i isə “Azbizneskom” MMC-yə məxsusdur.

 

 

  •  
  •  
  •  
  •