“Bank Avrasiya” 2019-cu ili 5,357 milyon manat xalis mənfəətlə başa vurub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
2019-cu ildə “Bank Avrasiya”nın aktivləri 170 milyon 438 min manat olub. Ötən il isə bankın cəmi aktivləri 167 milyon 637 min manat təşkil edib. Belə ki, “Bank Avrasiya”nın aktivləri 2019-cu ildə 2% artıb. Bankın müştərilərə verdiyi kredit 109 milyon 251 min manat olub ki, bu da bankın kredit portfelinin 10% artması deməkdir.
“Bank Avrasiya”nın 2019-cu ildə öhdəlikləri illik müqayisədə 2,6% azalaraq 100 milyon 721 min manata, kapitalı isə 8,6% artaraq 69 milyon 717 min manata çatıb. Bankın depozit portfeli isə 1,2% azalaraq 53 milyon 822 min manat olub.