“Qazmprombank” ilə SOCAR arasında müştərək əlaqələr illər ərzində yaradılıb”. “Bunu “Qazprombank”a daxil olan sənaye müəssisələrinin biznes missiyasının keçirdiyi konfransda bankın birinci vitse-prezidenti Aleksandr Kaznaçeyev deyib.
O, Azərbaycanda həyata keçirilən “SOCAR Polymer” layihəsinə sərmayə yatırdıqlarını xatırladıb: “Bu layihə unikallığı ilə seçilir. Biz yüksək sıxlıqlı polietilen və etilen istehsalının qurulması prosesində iştirak edirik. Bundan başqa, “SOCAR GPC” layihəsində də iştirak edirik. SOCAR bu layihədə bizi maliyyə məsləhətçisi kimi seçib. Azərbaycanda yüksək texnologiyaya üstünlük verildiyindən və peşəkar kadrlar olduğuna görə, biz burada ən mürəkkəb layihələri həyata keçirə bilərik”.
Azərbaycan biznesinə dəstək…
“Qazprombank” Azərbaycan şirkətləri üçün mütərəqqi texnologiyalar təqdim edə bilər. Bank son iki il ərzində Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirib”.Bunu “Qazprombank”a daxil olan sənaye müəssisələrinin biznes missiyasının keçirdiyi konfransda bankın birinci vitse-prezidenti Aleksandr Kaznaçeyev deyib.
Onun sözlərinə görə, “Qazprombank” Rusiya-Azərbaycan İşgüzar Şurasına üzv olub: “Bununla da biz Azərbaycanla həm ticarət dövriyyəsi, həm də bu ölkəyə investisiya yatırılması məsələləri ilə bağlı müzakirələr aparmağa imkan qazandıq. Gələcəkdə biz bir-birimizin biznesinə dəstək verəcəyik”.
A. Kaznaçeyev bildirib ki, “Qazprombank”ın Azərbaycan şirkətləri üçün təqdim edəcəyi mütərəqqi texnologiyalar ölkəmizdə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq.








