12 C
Baku
Monday, November 18, 2024

Bank Bakıda daha bir filial açıb

Bu ilin 31 oktyabrından etibarən Bakıda “Bank VTB (Azərbaycan)” ASC-nin “Gənclik” filialı işə başlayıb.

Bankdan verilən məlumata görə, yeni ofis müştərilər üçün əlverişli yerdə – Atatürk prospekti 2 ünvanında, “Gənclik” metro stansiyası yaxınlığında yerləşir.

“Bank VTB (Azərbaycan)” ASC-nin yeni bölməsində müştərilərə geniş çeşiddə və keyfiyyətli bank məhsulları və xidmətlər təklif olunacaq. Fiziki və hüquqi şəxslər depozit hesabların açılması, hesablaşma-kassa xidmətləri, valyuta mübadiləsi, kommunal xidmətlər üzrə ödəniş, pul vəsaitlərinin göndərilməsi və alınması, plastik kartların sifarişi, internet bankinqə qoşulma kimi xidmətlərdən istifadə edə bilər.

Şəhərin həm piyada, həm də sürücülər üçün münasib olan hissəsində filial açmaqla “Bank VTB (Azərbaycan)” müştəriləri üçün maksimal dərəcədə rahat şəraitin yaradılması prosesini davam etdirir. Bankın bütün ofislərində olduğu kimi, 24 saatlıq Çağrı Mərkəzi “Gənclik” filialının da müştərilərinin xidmətindədir. Mərkəzin 986 (Azercell abunəçiləri üçün – 012 986) qısa nömrəsinə müştərilər istənilən vaxtı, o cümlədən qeyri-iş günlərində də müraciət edə bilər.

“Biz, bankın filial şəbəkəsinin optimallaşdırılması üzrə işləri davam etdiririk. Əsas məqsədimiz müştərilərə yaxın olmaq, onlara keyfiyyətli maliyyə xidmətləri göstərmək və maksimal şəkildə komfortlu şərait yaratmaqdır”, – deyə bankın İdarə Heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib.

Son xəbərlər
Digər xəbərlər