10 C
Baku
Wednesday, December 11, 2024

Bank Bakıdakı ayaqqabı fabrikində payını yüksəldib

“Xalq Bank” dermant ayaqqabılar istehsal edən zavodda payını artırıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, Bakının Heydər Əliyev Prospektində yerləşən 2 saylı Bakı Ayaqqabı Fabriki, yaxud hüquqi adı ilə “Bakı Ayaqqabı-2” ASC-dəki payını 2021-ci ildə 98.41%-dən 98.45%-ə qədər artırıb.

“Xalq Bank”ın ötən il bu səhmdar cəmiyyətdə payı  2019-ci ildə 98.36%-dən 98.41%-ə qədər artırılmışdı. Bildirməliyik ki, 2017-ci ildə bankın payı 98.25% təşkil edirdi.

“Bakı Ayaqqabı-2” – hər bir səhmi 2 manat olmaqla ümumi 5 588 288 manatlıq nizamnamə kapitalı var. 1980-ci ildə fəaliyyət göstərməklə əsas fəaliyyət sahəsi ayaqqabı istehsalı olub. Lakin, fabrik 1999-cu ildən fədailiyini dayandırıb. Audit hesabatında qeyd edilir ki, bununla bank səhmdar cəmiyyətin investisiya əmlakını istifadə etmək məqsədi dayanır. Bank rəhbərliyinin 2 saylı Bakı Ayaqqabı Fabriki bağlı planlarında qəti bir fikirləri yoxdur.

Qeyd edilən investisiya əmlakı isə Bakıda, Heydər Əliyev prospekti, 106 ünvanındadır.

Son xəbərlər
Digər xəbərlər