10 C
Baku
Thursday, December 12, 2024

Bank of Baku 119 Məlumat Xidməti ilə əməkdaşlığa başladı

Təcili kreditə ehtiyacı olan hər kəs “119 Məlumat Xidmətinə” zəng edərək “Bank of Baku”-ya kredit sifariş verə bilər.“Bank krediti sifarişi” xidməti çərçivəsində hər bir vətəndaş sifarişini edəndən sonra bank 1 iş günü ərzində onunla əlaqə saxlayır və hansı məbləğdə kredit ala biləcəyi barədə məlumat verir.

“Bank krediti sifarişi” xidmətininin əsas üstünlüklərindən bir neçəsi müştərinin illik faiz dərəcəsində 2 %-lik endirimdən faydalanması və krediti növbədənkənar əldə etmə imkanından ibarətdir.

“119 Məlumat Xidməti” istifadəçilər üçün məlumatların daha asan, istənilən vaxt, istənilən yerdən əldə olunmasına yardım edən bir vasitədir. “119 Məlumat Xidməti”nə zənglər həm şəhər telefonlarından, həm də Azərbaycanda fəaliyyət göstərən bütün mobil operatorlardan sadəcə “119” yığmaqla mümkündür.

“Bank krediti sifarişi” xidmətinin haqqı 119 xidmətinin standard tarifi ilə eynidir.

Son xəbərlər
Digər xəbərlər