28 C
Baku
Saturday, July 27, 2024

Bank of Baku-dan “Sıfır Faiz” Yeni İl kampaniyası

Bank of Baku müştəriləri aşağı faizli kreditlərlə təmin etmək məqsədi ilə “0%” kampaniyasını elan edir. Kampaniya çərçivəsində faiz hesablanmayan ayların sayı müştərinin bankla əməkdaşlıq tarixçəsindən asılı olaraq 1 aydan 3 aya qədərdir.

Bütün yeni müştərilərə 1 aylıq faiz hesablanmayan ay təyin edilir, yəni ilk 1 ayın faizi hədiyyə edilir.

Bankın “Dosltar Klubu”-nun Qızıl və Brilliant müştərilərinə (36 aydan çox bankın müştərisi olan müsbət tarixçəli müştərilərə) 3 aylıq faiz hesablanmayan aylar təyin edilir, yəni ilk 3 ayın faizləri hədiyyə edilir.

Digər bütün müştərilərə isə 2 aylıq faiz hesablanmayan aylar təyin edilir.
“0%” kreditinin minimum müddəti 12 ay, maksimum isə 36 aydır.
Məbləğ – 10,000 AZN-dəkdir.

Bütün yeni və təkrar müştərilər bu krediti arayışsız ala bilər. Arayışsız kreditin məbləği bankla iş tarixçəsindən və müştərinin iş yerindən asılı olaraq dəyişir.

Kampaniyanın müddəti 15 yanvar 2014-cü ilə kimidir.

Bankda krediti olanlar, cari krediti bağlamadan ikinci nağd kredit alıb, komissiyada endirim qazanmaq imkanı əldə edir.

Bu kreditə müraciət etmək üçün “SIFIR FAİZ” yazıb, 8145-ə SMS göndərin.

Son xəbərlər
Digər xəbərlər