12 C
Baku
Friday, March 29, 2024

Bank of Baku “Mümkündür!” kredit məhsulu üzrə şərtlərə dəyişiklik edib

Bildiyimiz kimi, Banklarda təklif edilən istehlak kreditlərinin məbləği ən yaxşı halda 15 – 20 min AZN civarında olur. Lakin rəsmi gəliri yüksək olan bəzi şəxslər  daşınmaz əmlak, torpaq sahəsi, avtomobil və s. almaq üçün daha yüksək məbləğdə nağd vəsaitə ehtiyac duyurlar. Bu qrupa aid olan müştərilərin istəklərini nəzərə alan “Bank of Baku” bir qədər öncə daşınmaz əmlak girovu ilə verilən istehlak kreditini – “Mümkündür!” kredit məhsulunu bazara təqdim etdi.

Apardığımız monitorinq nəticəsində məlumumuz oldu ki, Bank bu yaxınlarda adıçəkilən məhsul üzrə şərtlərə dəyişiklik edib. Dəyişiklikdən öncəki və sonrakı şərtləri aşağıdakı cədvəldə müqayisəli formada diqqətinizə çatdırırıq.

Şərtlər Dəyişiklikdən əvvəl Dəyişiklikdən sonra
Maksimal məbləği 30 000 AZN 70 000 AZN
Maksimal müddət 24 ay 36 ay
Faiz dərəcəsi Yeni müştərilər üzrə – 27%

Təkrar müştərilər üzrə – 25%

Müddət 12 ayadək olduqda – 23%

Müddət 13-24 ay olduqda – 24%

Müddət 25-36 ay olduqda – 25%

Komissiya Rəsmiləşdirmə

Müddət 3-12 ay olduqda – 0%

Müddət  13-24 ay olduqda – 0.5%

Nağdlaşdırma  – 1%

Rəsmiləşdirmə

Müddət 3-24 ay olduqda – 0%

Müddət  25-36 ay olduqda – 0.5%

Nağdlaşdırma  – 1%

Kredit məbləğinin təminatın bazar dəyərinə olan nisbəti* maksimum 50% maksimum 70%
Birgəborcalan iştirakı** Mümkün deyil Rəsmi gəliri təsdiqlənən hər bir ailə üzvü birgəborcalan qismində çıxış edə bilər.

 

*Öncəki şərtlərə əsasən 50 000 AZN bazar dəyəri olan ev girov qoymaqla maksimum 25 000 AZN, yeni şərtlərə əsasən isə maksimum 35 000 AZN-dək nağd kredit əldə etmək olar.

** Birgəborcalan – müştərinin rəsmi gəliri olan ailə üzvləri kreditin zamini (birgəborcalan) qismində çıxış edir və onların gəlirləri nisbətində kreditin məbləği artırılır.

 

Son xəbərlər
Digər xəbərlər