Bank of Baku 2016-cı ilin 1-ci rübünə dair hesabatlarını qiymət olaraq ictimaiyyətə açıqlamışdır. Əfsuslar olsunki bank vacib maliyyə hesabatı olan Gəlir və xərclər hesabatnı və vaxtı keçmiş kreditlər hesabatı haqqında informasiya ilə bölüşməmək qərarı vermişdir.
İlkin olaraq bankın aktivlərinin devalvasiyadan sonra sürətli azalması diqqəti çəkir. Banker.azın verdiyi məlumata görə, bankın2015-ci ilin sonuna aktivlərinin həcmi 734 mln. manata bərabər olmasına baxmayaraq, bu göstərici bir rüb ərzində 591 mln. manata bərabər olmuşdur. Nəzərə alsaq ki, devalvasiya nəticəsində bankın dollar kreditlər portfeli nisbətən şişərək aktivlərin həcmini artırmalı idi, bunun əksinə olaraq aktivlərin azalması maraqlı nüansdır. Ehtimal edirik ki, bu azalmanın bir hissəsi bankın passiv inkişaf fazasında öhdəliklərinin qismən bağlanmasına yönləndirilmişdir. Aktivlərin azalmasının ehtimal olunan digər bir səbəbi isə , problemli kreditlərin həcminin artması bankı bu kreditlərin bir qisminin kapital hesabına silinmə etməsinə getməsini göstərir. Bu nüansı dolayı yolla balans hesabatında kapitalın azalmasındada görmək mümkündür.
Bank hazırda gəlirlərinin bir qismini itirməsi ilə paralel, həmçinin kadr çatışmamazlığından əziyyət çəkir. Son 2 il ərzində bankın güclü kadrlarının bəziləri digər banklara keçid almışdırlar.