11 C
Baku
Monday, November 25, 2024

“Bank of Baku”-nun müştərilərinə yenilik: internet bankçılıqla yeni və rahat xidmətlər!

Müştəri məmnuniyyətini prioritet hesab edən “Bank of Baku” internet bankçılıq xidmətini təkmilləşdirərək ona yeni funksiyalar əlavə edib. Hazırda  internet bankçılıq xidməti sayəsində bank müştəriləri evdən çıxmadan 24 saat ərzində rahat şəkildə  cari hesablar, əmanət, plastik kartların balansı, kreditlər və digər xidmətlər barədə ətraflı məlumat əldə edirlər.

Aparılan texnoloji işlər nəticəsində internet bankçılığa üç mühüm, yeni funksiya əlavə edilib:

  • Avtomatlaşdırılmış kommunal və kredit ödəniş xidməti
  • “Asan İmza” ilə daxil olma
  • Əmanətin artırılması funksiyası

Artıq “Bank of Baku”-nun müştəriləri kommunal, mobil rabitə, kredit və digər növ ödənişlərini bank saytının internet banking bölməsi (http://www.bankofbaku.com/az/internet-banking/ ) vasitəsilə avtomatik həyata keçirə bilərlər. Beləliklə, ödəniş etmək üçün müştərinin banka və ya poçta getməsinə artıq ehtiyac qalmır. Xidmət istifadəçisinin ödənişi avtomatik olaraq vaxtaşırı həyata keçiriləcək və beləliklə, müştəri ödəniş qayğısını çəkməyəcək. Avtomatlaşdırılmış ödəniş xidmətindən “Bank of Baku”– nun ödəniş kartı sahibləri istifadə edə bilərlər. Müvafiq ödənişlər aylıq, həftəlik və ya günlük əsasda həyata keçirilir.Xidmətə qoşulmaq üçün sadəcə bankı bir dəfə ziyarət edib müvafiq ərizə doldurmaq tələb olunur.

İnternet bankçılığın digər mühüm yeniliyi bank müştərilərinin “Asan İmza” mobil elektron imza xidmətindən istifadə edə bilməsidir. Bu yenilik müştərilərə internet banking səhifəsinin “tam keçid” rejiminə birbaşa daxil olmaq, rahat və təhlükəsiz şəkildə bank əməliyyatlarını aparmaq imkanı yaradır. “Asan İmza” rəqəmsal imza edən zaman müştərinin kimliyini təsdiqləyən mobil identifikasiyasıdır. “Asan İmza” bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir. Yaxın gələcəkdə isə elektron sənədləri (kredit və əmanət müqaviləsi, hesabın açılması) təsdiqləmək (imzalamaq) mümkün olacaq. Ətraflı məlumat üçün: www.asanimza.az

Digər yeni funksiya əmanəti artırmaq imkanıdır.Artıq müştərilər bank saytının internet banking bölməsi vasitəsilə əmanətlərini çevik və rahat şəkildə artıra bilərlər.

Beləliklə, müştərilər hazırda bankın internet banking xidmətindən yararlanaraq aşağıdakı məlumatları ala və ya əməliyyatlar keçirə bilər:

Adi rejimdə:

  • Bankla olan tarixçə barədə məlumatın əldə edilməsi (Kredit tarixçəsi, “Dostlar Klubu” və “Əmanət klubu” üzrə tarixçəsi, “Dostlar klubu” və “Əmanət klubu” kartına yığılmış bonuslar barədə məlumat)
  • Kredit, əmanət və cari hesabları, həmçinin debet və kredit kartları barədə ümümi məlumat və son 3 ili əhatə edən çıxarışın əldə edilməsi
  • Kredit ödənişi
  • Asan kredit sifarişi (15 iş dəqiqəsi ərzində müştəri ilə əlaqə saxlanılır)
  • Bolkart şəxsi kabinetinə birbaşa keçid imkanı
  • Gündəlik valyuta məzənnəsi ilə tanış olmaq

Tam rejimdə : (bankda qeydiyyatda olan mobil nömrəyə göndərilən birdəfəlik şifrə və ya “Asan imza” vasitəsilə giriş) yuxarıda qeyd olunan əməliyyatlardan əlavə:

  • Kartdan karta köçürmə
  • Kommunal ödənişlərini mövcud kredit və debet kartlarınızdan ödəmək imkanı ( Kartın məlumatlarını əlavə etməyə ehtiyac qalmır)
  • Kommunal və kredit ödənişlərini avtomatlaşdırmaq
  • Mövcud əmanətin məbləğini artırmaq
  • Kartın blok edilməsi

İnternet bankçılığa qoşulmaq haqqı pulsuzdur.

Saytın internet bankçılıq bölməsi yeni dizaynda tərtib edilib və istifadəçi üçün vizual baxımdan daha xoş və məzmunlu forma alıb.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

https://www.facebook.com/bankofbaku

Son xəbərlər
Digər xəbərlər