15 C
Baku
Sunday, November 24, 2024

“Bank of Baku” və Bakcell-dən yenilik: “Bank of Baku”-dan növbəsiz kredit, Bakcelldən pulsuz dəqiqələr!

“Bank of Baku” və “Bakcell” yeni, müştərək layihəyə start verirlər. “Ulduzum” layihəsi  çərçivəsində Bakcell-in Cin abunəçiləri sərfəli şərtlərlə “Bank of Baku”-nun məhsul və xidmətlərindən faydalana bilərlər.

Bu layihəyə qoşulmaq üçün sadəcə “bank” yazıb SMS ilə 5555 nömrəsinə göndərmək kifayətdir. “Bank of Baku”-nun nümayəndələri müştəri ilə qısa zamanda əlaqə saxlayacaq və Banka dəvət edəcək. “Ulduzum” proqramının üzvü olan Bakcell abunəçiləri “Bank of Baku”-da krediti NÖVBƏSİZ əldə edə biləcəklər. Üstəlik kredit və ya Bolkart rəsmiləşdirən müştəriyə 60 dəqiqəlik mobil danışıq  hədiyyə olunacaq.

Beləliklə, layihə çərçivəsində mobil operator abunəçiləri sərfəli kredit rəsmiləşdirə, kredit kartlar əldə edə və digər kredit məhsullarından bəhrələnə bilərlər.

Daha ətraflı məlumat:

“Bank of Baku”-nun 145 Məlumat Mərkəzi

Bakcell-in 555 Məlumat Mərkəzi

Son xəbərlər
Digər xəbərlər