Banker.azın verdiyi məlumata görə 2016-cı ilin ikinci rübünun nəticələrinə görə Bank of Baku-nun aktivləri azalmışdır.
Beləki, 2015-ci ilin sonuna bankın aktivlərinin ümumi həcmi 734.8 mln. manat olduğu halda, bu göstərici 2016-ci ilin birinci yarısının sonunda 587 mln. manata düşmüşdür.
Paralel olaraq bankın kapitalının həcmində daha ciddi azalma müşahidə olunmuşdur. Qeyd olunan göstərici müvafiq dövr üçün təxminən 40% azalaraq 89 mln. manatdan 64 mln. manata düşmüşdür.