8 C
Baku
Wednesday, November 6, 2024

Bank of Bakunun saytı yeni formada

www.bankofbaku.com saytı tam yeni formatda!

Yenilənmiş sayt bankın yubileyinə həsr edilmiş müxtəlif aksiya və tədbirlər sırasında ilk yenilikdir. Saytda Bank of Baku-nun məhsul və xidmətləri barədə müfəssəl məlumat əldə etmək mümkündür. “Bank of Baku” saytında:

  • nağd kredit
  • əmanət
  • kredit kartlar
  • təcili pul köçürmələri

və digər məhsul və xidmətlər barədə geniş və ətraflı məlumatlar yerləşdirilib.

Saytda kredit və əmanət kalkulyatorlarından istifadə edib bu və ya digər məhsul üzrə faiz dərəcələrini rahat hesablamaq olar.

Saytın digər bölməsi onlayn bank xidmətlərinə həsr edilib. Burada istifadəçilər:

  • onlayn kredit ödənişi
  • onlayn kredit ərizəsi
  • plastik kart sifarişi
  • telefonla ödəniş

və digər xidmətlərdan faydalana bilərlər.

Yenilənmiş saytda həmçinin “Bank of Baku” –nun fəaliyətinin fundamental istiqamətləri, bankın fəlsəfəsi , inkişaf strategiyası, maliyyə göstəriciləri ilə tanış olmaq mümkündür.

www.bankofbaku.com saytının “Mətbuat” bölməsində isə ziyarətçilər bankın son xəbərləri ilə tanış ola bilərlər.

Sayt vasitəsilə istehlakçılar həmçinin təklif və şikayətlərini də verə bilərlər. Yenilənmiş sayt Azərbaycan, rus və ingilis dillərində istifadəçilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər