9 C
Baku
Sunday, March 3, 2024

Bank biznesin kreditləşdirməsini azaldır, istehlakı kəskin artırır

Azərbaycanda bankların real sektora kredit qoyuluşlarının artırdığı zamanda “Rabitəbank” ASC nəinki biznes kreditlərini azaltmış, əksinə, istehlak kreditlərə daha çox güc verib. Baxmayaraq ki, hələ ilin ilk rübündə kreditləşmə tam başlamadığı dövirdəcə hökumət bankları real sektoru, yəni biznesi daha çox kreditləşməyə çağırmışdı.

Banker.az bu barədə kommersiya bankının 1 aprel 2020-ci il üzrə təqdim etdiyi maliyyə hesabatına istinadən xəbər verir.

Bankın biznes kreditləri üzrə portfeli 3 ay öncə 206 milyon manatın üzərində olduğu halda, 3 ay sonra 4%-lik fərq azalma ilə 198,58 mln. manata qədər azalıb.

Son iki rübdə müşahidə edilən rəqəmlərə əsaslansaq bank ev təsərrüfatlarının kreditləşməsini özünə daha asan yol seçdiyini görürük.  Bank təkcə son 3 ay ərzində istehlak kreditlərini 101,52 mln. manatdan 115,96 mln. manata qədər artırıb. İstehlak kreditlərinin portfeli hətta ötən ilin 3-cü rübündə 77,23 mln. manat təşkil edirdi.

Əslində istehlak kreditləşməsindəki bu artım gözlənilən idi. Belə ki, ilin əvvəlindən bu bankın böyük əksəriyyət reklam siyasətinin əsası istehlak kreditləri üzrə qurulmuşdu.

12 1
Son xəbərlər
Digər xəbərlər