Bank BTB əlilliyi olan uşaqlar üçün “Mən dünyanı boyayıram!” adlı sosial layihə keçirib®

0

Bank BTB Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində növbəti sosial layihəsini həyata keçirib. Belə ki, bank 02 noyabr 2019-cu il tarixində “Müstəqil Həyat Tərzi” əlilliyi olan insanlara dəstək İctimai Birliyinin üzvləri olan əlil uşaqlar üçün “Mən dünyanı boyayıram!”adlı sosial layihə təşkil edib. 

“Beynəlxalq Rəssamlar Günü”nə həsr olunmuş layihənin məqsədi uşaqları rəsm çəkmək bacarığına yiyələndirmək, incəsənətə maraq göstərməklə öz potensiallarını kəşf etməyə sövq etməkdir. Qeyd edək ki, tədbir bank əməkdaşları ilə yanaşı təcrübəli sosial şəxslər tərəfindən aparıldı. Uşaqlar və onların valideynlərinə ilk öncə bank və bankın Korporativ Sosial Məsuliyyət siyasəti haqqında məlumat verildi. Daha sonra, onlar, Bank BTB-nin 10 illik yubileyi ərəfəsində olduğundan öz xəyal və bacarıqlarını bu mövzuda rəsm çəkməklə nümayiş etdirdilər. Maraqlı proqramla müşahidə olunan tədbirdə balaca qonaqlar vaxtlarını şən və səmərəli şəkildə keçirdilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Tədbirin sonunda Bank BTB-nin İdarə Heyəti Sədrinin müavini Rüfət Abbasov tədbir iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edərək, bildirdi ki: “Korporativ Sosial Məsuliyyət siyasəti Bank BTB üçün prioritet təşkil edən istiqamətlərdən biridir. Bank bu cür layihələri hər zaman dəstəkləyir və bundan sonra da müxtəlif sosial layihələr həyata keçirməyi planlaşdırır. Məqsədimiz cəmiyyətə faydalı olmaqdır.”

 Tədbirdən yaddaqan görüntüləri diqqətinizə çatdırırıq. http://bit.ly/btb-sosial-layihe-

”Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 14 filialı, 3 şöbəsi var.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtbwww.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və İnstagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.