25 C
Baku
Monday, April 29, 2024

Bank BTB əməkdaşlarının iştirakı ilə “Gambit” intellektual yarışması keçirilmişdir

®Son dövrlər şəhərimizdə trend halını almış və alternativ istirahət növü kimi tanınan intellektual və əyləncəli yarışmalar hər kəsin maraq dairəsindədir.

1 2 scaled

Bank BTB komandası da əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsi və komanda quruculuğu məqsədilə “Gambit” oyununu təşkil etmişdir.

2 4 scaled

Ötən həftə baş tutan yarışmada Bankın Baş ofis və filial şəbəkəsinin əməkdaşlarının iştirakı ilə 17 komanda öz biliklərini nümayiş etdirdilər. Maraqlı və həyəcanlı keçən oyunun 7 turu ərzində səsləndirilən suallara ən çox düzgün cavab verən 3 komanda qalib elan olundu. Sonda, qalib olaraq yer tutmuş komandalar diplomlar və hədiyyə kuboku ilə təltif edildilər.

4 1 scaled

Bankın təqdim etdiyi məhsul, xidmət və digər kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

3 2 scaled

5 scaled6 scaled

7 scaled

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər