21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank “BTB” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 29.04.2025-ci ildə başlayaraq, mayın 7-də yekunlaşacaqdır.
Qiymətli kağızların yerləşdirilməsi 12.05.2025-ci il tarixində baş tutacaqdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | Bank “BTB” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2005009447 |
| İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları |
| Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
| İstiqrazların sayı | 3,000 ədəd |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| İstiqrazların buraxılış həcmi | 3,000,0000 manat |
| İllik gəlirlilik faizi | 14% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir. |
| Tədavül müddəti | 7 il |
| Ticarətə buraxılma tarixi | 12.05.2024 |
| Anderrayter | “Assist Finance İ.Ş.” ASC |







