Cari ilin birinci rübünün sonunda bankın faiz gəlirləri 5 238.75 min manat, faiz xərcləri isə 2 865.91 min manat təşkil edib. Eyni zamanda, qeyri-faiz gəlirləri 1 401.65 min manat, qeyri-faiz xərcləri isə 3 495.67 min manat olub. Bankın kredit portfeli 171 280.30 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.57 % artım deməkdir. Bankın aktivləri isə 291 087.54 min manat təşkil edib
Bankın depozit portfeli 82 487.18 min manat təşkil edir. Depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.84 % artmışdır.
Bank “BTB” ASC -in məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 52 887.64 min manat təşkil etmişdir.