Bank BTB 2019-cu ildə mənfəətini əhəmiyyətli dərəcədə artırıb

Bank BTB 2019-cu ili 7 milyon 523 min manat xalis mənfəət ilə başa vurub. Belə ki, bu göstərici 2018-ci ilin xalis mənfəəti ilə müqayisədə 9.7 dəfə çox, yəni, 6 milyon 819 min manat deməkdir.

Banker.az banka istinadən məlumat verir ki, 2019-cu ilin göstəricilərinə əsasən Bank BTB-nin cəmi aktivləri 341 milyon 542 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 % artım deməkdir.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Bank BTB 2019-cu ildə müştərilərini kredit məhsulları ilə təmin etmiş və həmin dövr ərzində kredit portfelini 14% artıraraq ümumi kredit portfelini 212 934 min AZN-ə çatdırmış, bununla da kreditləşmədə ciddi artım əldə etmişdir. 

Müştəri portfelini genişləndirən Bank BTB 2019-cu il dövrü ərzində fiziki şəxs müştərilərinin sayında 5%, hüquqi şəxs müştərilərinin sayında 26%, plastik kartların sayında 31%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 20% artıma nail olmuşdur. 

2018-ci il ilə müqayisədə 2019-cu ildə Bank BTB-nın faiz gəlirləri 2 milyon 949 min manat, yəni 15% artaraq 22 milyon 17 min manat, qeyri-faiz gəlirləri isə 210 min manat və ya 3% artaraq 6 milyon 797 min manat təşkil edib.

Hər il olduğu kimi 2019-cu il dövrü ərzində də Bank BTB təklif etdiyi kredit məhsulları və əlçatan xidmətləri ilə müştərilərin inam və etimadını qoruyub saxlaya bilmişdir. Bunun nəticəsi olaraq, 2019-cu ildə bankın depozit portfeli 133 milyon 344 min manata çatmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur. Qeyd edək ki, müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda uyğun olaraq 32% və 68 % nisbətində cəmlənmişdir.

 Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Bank BTB-nin faiz xərcləri 900 min manat, yəni 8% artaraq 11 milyon 788 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 133 min manat, yəni 8% artaraq 14 milyon 472 min manat təşkil edib.  


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları