24 C
Baku
Çərşənbə, May 18, 2022

Bank BTB 2021-ci ili mənfəətlə başa vurdu

Bank BTB 2021-ci ilin yekun nəticələrini açıqladı. İli uğurla bitirən bankın xalis mənfəəti 545.75 min manat təşkil edib. Bankın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, 2020-ci ilin yekunu ilə müqayisədə bankın məcmu kapitalı 2% artaraq 53 562.99 min  AZN-ə yüksəlmişdir.

Bank BTB 2021-ci il ərzində kredit portfelini 19% artıraraq, 262 067.75 min manata çatdırmışdır. 

Kiçik və orta biznesin inkişafına daima xüsusi önəm verən Bank BTB, 2021-ci il ərzində də sahibkarlara dəstək göstərərək, müxtəlif sahibkarlıq subyektlərinə 27 287.26 min manat məbləğində, 1 100-dən çox kredit vermişdir.

2021-ci il ərzində bankın depozit portfeli 128 866.59 min manata çatmış, ötən il ilə müqayisədə 32% artım əldə edilmişdir.

          Müştəri portfelini genişləndirən Bank BTB 2021-ci il ərzində fiziki şəxs müştərilərinin sayında 2% artıma nail olmuşdur.

Bankın əsas dayanıqlıq göstəricilərindən olan məcmu kapitalın adekvatlıq əmsalı 23.73% təşkil edir ki, bu da təyin olunmuş normadan (10%-dən) təxmini 2 dəfəyədək yüksəkdir. Müvafiq dövr ərzində I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 22.69 %-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən (5%-dən) 4 dəfəyədək daha dayanıqlıdır.

 Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətləri göstərir. 

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən xidmət şəbəkələrinə, onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bankın məhsul və kampaniyaları haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə etmək mümkündür.

Son xəbərlər
Oxşar xəbərlər