8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Bank BTB 2021-ci ilin üçüncü rübünü mənfəətlə başa vurdu

®Bank BTB 2021-ci ilin üçüncü rübünü 1 173.54 min manat xalis mənfəətlə başa vurub.

Bankın maliyyə göstəricilərinə əsasən qeyd edək ki, üçüncü rüb üzrə cəmi aktivlər 363 502.91 min manat olmuşdur. Müxtəlif növ kredit məhsulları təqdim edən Bank “BTB” ASC-nin həmin dövr ərzində kredit portfeli  257 077.19 min manat təşkil etmiş, bu isə ötən ilin həmin dövrü ilə müqayisədə 18% artım deməkdir. 

Fiziki şəxslərin müddətli depozit portfelində də artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə depozit portfelinin həcmi 42% artaraq  127 831.75 min manat təşkil etmişdir.

Həmçinin, bankın cari rüb üzrə faiz gəlirləri 18 870.18 min manat, faiz xərcləri isə 11 500.14 min manat olmuşdur. Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri  3 524.51 min manat, qeyri-faiz xərcləri isə 10 832.25 min manat təşkil etmişdir.

Müştəri portfelini genişləndirən Bank BTB cari dövr ərzində fiziki şəxs müştərilərinin sayında 10%, hüquqi şəxs müştərilərinin sayında 8%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 31% artıma nail olmuşdur.

Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Bank müştəri məmnunluğunu hər zaman üstün tutaraq yüksək keyfiyyətli xidmət göstərməyə davam edir.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı həftəiçi 5 gün müştərilərin xidmətindədir.

Son xəbərlər
Oxşar xəbərlər
X