®Bank “BTB” ASC əməkdaşlarının asudə vaxtlarını səmərəli və maraqlı keçirməsi məqsədilə daxili kommunikasiya çərçivəsində növbəti tədbirini keçirib. Belə ki, “Gambit” adlı intellektual yarışmada 110-dan çox əməkdaşdan ibarət 17 komanda iştirak edib.
Tədbirin keçirilməsində məqsəd həmkarlar arasında möhkəm bir bağın qurulmasından və komanda ruhunun artırılmasından ibarətdir. Baş ofis və filial şəbəkəsinin əməkdaşları bir araya gələrək, biliklərini və əyləncəli mübarizə bacarıqlarını sərgilədilər. Əlamətdar haldır ki, oyuna qatılanlar arasında bankda 10 ildən çox fəaliyyət göstərən əməkdaşlarla yanaşı əmək kollektivinə yeni qatılan üzvlərin də iştirakı baş tutdu.
Bankın rəhbərliyi də bu oyuna öz töhfəsini verdi. Belə ki, ədalətli paylaşmaya diqqət yetirərək İdarə Heyətinin və Müşahidə Şurasının üzvlərinin hansı komandalara dəstək göstərəcəkləri püşkatma ilə müəyyən edilmişdir.
Gərgin, həyəcanlı və eyni zamanda maraqlı keçən oyun Təşkilatı İşlər Deptamentinin əməkdaşlarında ibarət komandanın 3-cü, İnformasiya Texnologiyaları Departamentinin komandasının 2-ci və “Sənaye” filialının komandasının 1-ci yerdə qərarlaşması ilə yekunlaşdı.
Bank BTB pozitiv və səmərəli iş mühitinə önəm verir. Bu səbəbdən həm baş ofis heyəti, həm də filial əməkdaşları müxtəlif oyunlara, yarışlara və digər tədbirlərə cəlb edilir. Bankın əsas dəyəri əməkdaşlarıdır ki, onların uğurlu olmaqları üçün sağlam, peşəkar və rahat mühit yaradılır. Bankçılıq sahəsində karyera qurmaq və Bank BTB-nin komandasına qoşulmaq arzusunda olanlar Bankın aktiv vakansiya səhifəsini izləyə bilərlər: https://www.btb.az/az/about-us/hr/vacancies