Bank “BTB” ASC bütün növ istehlak krediti məhsullarının şərtlərini yeniləyərək müştərilər üçün daha səmərəli edib.
Belə ki, “Nağd pul krediti”, “Kredit Kart” və əmək haqqı hesabı Bank BTB-də olan müştərilər üçün istehlak krediti məhsullarının faizləri endirilib, digər şərtləri isə sadələşdirilib.
Yeni şərtlərə əsasən müştərilər “Nağd pul” kreditini AZN valyutasında 18%-dən, USD valyutasında isə 10%-dən başlayan illik faiz dərəcələri ilə 5000 AZN-dək zaminsiz əldə edə biləcəklər. Ümumilikdə isə 10000 AZN-dək və daha yüksək məbləğdə 36 ayadək kredit əldə etmək mümkündür.
Kredit kart məhsulu üzrə yeni şərtlərə əsasən müştərilər karta bağlı kredt xəttini AZN valyutasında 28%, USD valyutasında isə 20% illik faiz dərəcəsi ilə 5000 AZN-dək zaminsiz əldə edə biləcəklər. Ümumilikdə isə 10000 AZN-dək və daha yüksək məbləğdə 24 ayadək kredit xətti əldə etmək mümkündür.
Əmək haqqını Bank BTB vasitəsilə alan müştərilər üçün istehlak kreditlərinin yeni şərtlərinə əsasən müştərilər AZN valyutasında 18%-dən, USD valyutasında isə 10%-dən başlayan illik faiz dərəcələri ilə 5000 AZN-dək zaminsiz əldə edə biləcəklər. Kredit xəttini isə bu müştərilər AZN valyutasında 26%, USD valyutasında isə 18% illik faiz dərəcəsi ilə əldə edə biləcəklər. Ümumilikdə isə 10000 AZN-dək və daha yüksək məbləğdə 36 ayadək kredit əldə etmək mümkündür.
Bank “BTB” ASC–nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.