®Bank “BTB” ASC təcili pula ehtiyacı olan şəxslərə “Lombard krediti” məhsulu üzrə 2 kampaniya təklif edir. Hər iki kampaniya üzrə şərtlər müştərilərə izah olunduqdan sonra onların istəyi və seçimi əsasında kredit rəsmiləşdirilir.
Belə ki, bunlardan biri “Üç sıfır” lombard krediti kampaniyasıdır. Şərtlərə əsasən Bank BTB-yə müraciət edən şəxslər qızıl və qızıl zinət əşyalarını girov qoymaqla 100.000 AZN-dək lombard kreditini 48 ay müddətinədək əldə edə bilərlər. Bu zaman nağdlaşdırma komissiyası – 0 AZN, zərgər xərci – 0 AZN və 3 ay əsas borc üzrə ödəniş – 0 AZN təşkil edəcək.
Lombad məhsulu üzrə qüvvədə olan digər kampaniya isə “Son üç ay 0%” kampaniyasıdır. Kampaniyanın özəlliyi ondadır ki, ödəniş cədvəli üzrə son üç ayın kredit faizləri bank tərəfindən müştərilərə hədiyyə olunur. Başqa sözlə desək, son üç ay üzrə faiz borcu ödənişi – 0 AZN hesablanır. Onu da qeyd edək ki, kreditin müddəti 48 ayadək təyin edilib.
Hər iki kampaniya 30 noyabr 2023-cü il tarixinədək qüvvədədir.
Kampaniyalardan yararlanmaq istəyən şəxslər vaxt itirmədən Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.