13 C
Baku
Friday, November 22, 2024

“Bank BTB”-dən “Müddətli Əmanət” kampaniyası

®Bank “BTB” ASC əmanət şərtlərini yeniləyərək “Müddətli Əmanət” kampaniyasına start verdi!

Belə ki, kampaniya çərçivəsində Banka yerləşdirilmiş manat əmanəti müştərilərə faizləri aylıq götürdükdə 11.5%, müddətin sonunda götürdükdə isə 11.7% gəlir gətirəcək. Manat əmanətinin müddəti 12 ay təşkil edir.

100.000 AZN-dək əmanətlər ADİF (Əmanətlərin Sığortalanması Fondu) tərəfindən sığortalanır.

Bununla yanaşı müştərilər depozitlərini USD valyutasında 12 aylıq müddətə yerləşdirdikdə 4%, 24 aylıq müddətə yerləşdirdikdə isə 4.5% gəlir əldə etmiş olacaqlar. Dollar valyutasında müddətdən asılı olmayaraq əmanətlər üzrə faiz dərəcələri aylıq və ya müddətin sonu üçün eyni olaraq qalır.

Əmanətin açılması üçün minimal məbləğ 100 AZN/USD təşkil edir. Kampaniya 30 noyabr 2023-cü il tarixinədək davam edəcək. Kampaniyadan yararlanmaq istəyən hər kəs bankın Baş ofisinə (Yusif Səfərov küç.27) və ya filial şəbəkəsinə müraciət edə bilər.

Həmçinin, bankın təqdim etdiyi məhsul, xidmət və digər kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər