28 C
Baku
Saturday, June 25, 2022

Bank “BTB”nin Hüquq Departamentində yeni təyinat

Kadrlar siyasətinə ciddi dəyişikliklər edən Bank “BTB” Hüquq Departamentinə direktor təyin edib. Belə ki, iyul ayından etibarən Vüsal Ələkbərov Hüquq Departamentinə direktor təyin edilib. O, bankın bütün hüquqi və məhkəmə proseslərinə və Departamentin nəzdində fəaliyyət göstərən iki şöbəyə rəhbərlik edəcək.

Vüsal Ələkbərov Azərbaycan Universitetində Beynəlxalq hüquq fakültəsində, hüquqşünas ixtisasına 1997-2001 –ci illərdə yiyələnmiş, fəaliyyətinə hüquqşünas kimi başlayaraq Bank Respublika-da Departament rəhbərinədək peşəkar yol keçmişdir. Əlavə olaraq, 2012-ci ildən AR Vəkillər kollegiyasının üzvüdür.

Vüsal Ələkbərov geniş ixtisaslaşma üzrə fəaliyyət göstərib və maliyyə, bank, mülki-prosessual, cinayət, cinayət-prosessual, inzibati, inzibati-prosessual, korporativ, icra, mülkiyyət və mülki hüququn digər sahələri üzrə hüquqi xidmətlərin göstərilməsi üzrə müxtəlif biliklərə və bacarıqlara malikdir.

Qeyd edək ki, Bank “BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planını təsdiqləyib. Yeni inkişaf strategiyası çərçivəsində effektiv hüquqi xidmətin təşviqi və təbliğatı ön plana çəkilib. Daim təkmilləşən qanunvericiliyin izlənməsi, nəzarət orqanları ilə mütəmadi və stabil kommunikasiyanın yaradılması, bütün bunlarda hüquq xidmətinin rolu, məqsədləri, vəzifələri və təşkili metodları, əlavə olaraq hüquqi bazanın yaradılması prioritet hədəf olaraq müəyyənləşdirilib.

Bank haqqında daha ətraflı məlumatı  bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

 

 

Son xəbərlər
Oxşar xəbərlər