®Bank “BTB” ipoteka kreditləri üzrə ölkənin aparıcı banklarından biri olaraq ev sahibi olmaq arzusunda olan şəxslərə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə ipoteka krediti təklif edir. Belə ki, 25 il müddətinə illik 8% dərəcəsi ilə bu kreditdən yararlanaraq mənzil sahibi olmaq olar.
Bankımız hal-hazırda 3791 müştərisi üzrə 159 milyon manatlıq ipoteka portfelinə xidmət göstərir. Müraciətlərin təhlili zamanı operativ qərar qəbulundan və sürətli rəsmiləşdirmədən faydalanmaq istəyirsinizsə bizə müraciət edin.
Ev sahibi olmaq istəyən şəxslər ilk öncə https://e-ipoteka.az/ saytından qeydiyyatdan keçib, ərizə formasını doldurmaqla Bank “BTB”yə müraciət edə bilərlər. İpoteka krediti haqqında daha ətraflı məlumatlarla ARİKZF-nin rəsmi internet saytından www.amf.az və ya Bank “BTB”nin rəsmi internet saytından (www.btb.az) tanış ola bilərsiniz.