18 C
Baku
Cümə, Oktyabr 22, 2021

Bank BTB ilk rübdə böyüyüb, gəlirləri artıb

faizlere

Bank BTB-nin 2020-ci ilin birinci rübündə xalis mənfəəti 762 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bank 2 milyon 688 min manat zərər etmişdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin yanvar-mart ayında Bank BTB-nin cəmi gəlirləri 7 milyon 984 min manat (illik müqayisədə 20,2% çox), cəmi xərcləri isə 7 milyon 56 min manat (illik müqayisədə 11% çox) təşkil etmişdir. Bank 928 min manat əməliyyat mənfəəti edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına isə 166 min manat ayrılıb.

Bank BTB-nin 3 ayda cəmi aktivləri 364 milyon 348 min manat təşkil edib ki, ötən ilin müvafiq dövrünə nisbətən 25,2% artıb. Bunun 219 milyon 755 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 28,3% böyüyüb.

2020-ci ilin yanvar-mart ayında bankın cəmi öhdəlikləri 26% artaraq 299 milyon 409 min manat, cəmi kapitalı isə 23% artaraq 64 milyon 940 min manata çatıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər