10 C
Baku
Friday, December 27, 2024

“Bank BTB” investisiya şirkətini satıb – Yeni sahibinin adı məlum oldu

“Bank BTB” ASC 100% ona məxsus “BTB Kapital İnvestisiya Şirkəti” ASC-ni satıb.

Bu barədə Banker.az-a bankdan bildirilib.

Belə ki, “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin 100% payı şirkətin hazırki direktoru Ruslan Cəfərov tərəfindən əldə edilib. Satışın dəyəri 350 min manat olub.

Qeyd edilir ki, Ruslan Cəfərov qiymətli kağızlar bazarı sahəsində 15 ildən artıq təcrübəyə malikdir.

Xatırladaq ki, “BTB Kapital” 2018-ci ildə yaradılıb. “Bank BTB”-nin kapital bazarında iştirak edən şirkəti idi.

Son xəbərlər
Digər xəbərlər