22 C
Baku
Friday, April 19, 2024

“Bank BTB” MİDA xətti ilə güzəştli ipoteka üçün xüsusi iş rejimində çalışacaq

“Bank BTB”nin “Sənaye” filialı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) xətti ilə Yasamal Yaşayış Kompleksi üzrə satışı həyata keçiriləcək mənzillərin güzəştli ipoteka ilə verilməsi üçün xüsusi iş rejimində müştərilərə xidmət göstərəcək.

Filial əməkdaşları həftə içi hər gün səhər saat 9:00-dan axşam saat 20:00-dək, eləcə də şənbə günləri saat 10:00-dan 16:00-dək aktiv şəkildə kredit müraciətlərinə baxacaq. İllik 4%-lə təqdim olunan güzəştli ipoteka kreditinin digər üstünlüyü onun ən tez müddətə rəsmiləşdirilməsidir. Belə ki, kredit üçün müraciət edən müştəri lazım olan sənədlər toplusunu təqdim etdiyi halda, kredit rəsmiləşdirməsi 1 iş gününə həyata keçirilir.

Xatırladaq ki, güzəştli mənzillərin satışı ilə əlaqədar MİDA ilə “Bank BTB” arasında əməkdaşlıq müqaviləsi 2017-ci il iyulun 31-də imzalanıb. Müqaviləyə əsasən güzəştli mənzil əldə etmək istəyənlərin kredit müraciətlərinə Bankın “Sənaye” filialında baxılır. “Sənaye” filialı Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küç., 577 ünvanında yerləşir.

Qeyd edək ki, güzəştli ipoteka krediti, eləcə də Bankın təqdim etdiyi digər məhsul və xidmətlərlə bağlı ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər