11 C
Baku
Monday, November 25, 2024

Bank BTB-nin maliyyə vəziyyəti məlum oldu

“Bank BTB” ASC 2022-ci ilə olan maliyyə göstəricilərini açıqlayıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə “Bank BTB”nin gəlirləri 32 milyon 37 min manat, xərcləri 31 milyon 189 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 5 milyon 417 min manat təşkil edib. Ötən ilin eyni dövründə isə bankın gəlirləri 31 milyon 479 min manat, xərcləri isə 31 milyon 343 min manat olub.

“Bank BTB”nin ötən il əməliyyat mənfəəti 848 min manat olub ki, bu da illik müqayisədə 6 dəfə artım deməkdir. 2022-ci ildə bank 4 milyon 975 min manat zərər edib.

Cari ilin yanvarın 1-nə “Bank BTB”nin aktivləri 374 milyon 200 min manat olub ki, bu da illik müqayisədə 3.4% artımdır. Bunun 251 milyon 203 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 6% artaraq 324 milyon 146 min manat,  kapitalı isə 50 milyon 54 min manat olub.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.45 milyon manatdır.

b2 1 b1 1

Son xəbərlər
Digər xəbərlər