Nağdsız ödənişlərə üstünlük verən müştərilər üçün Bank BTB yeni fürsətlər təqdim edir. Belə ki, artıq Bank BTB-nin Gold və Platinum statuslu VİSA və ya MasterCard ödəniş kartları vasitəsilə Azərbaycan Respublikasından kənara aparılan əməliyyatlara görə müştərinin hesabına müəyyən faiz həcmində vəsait (Cashback) geri qayıdacaq.
Qeyd edək ki, Bank BTB-nin ödəniş kartları universal ödəniş vasitəsi kimi günün 24 saatı, həftənin 7 günü həm ölkə daxilində həm də dünyanın istənilən nöqtəsində təhlükəsiz ödəniş etmək imkanı verir.
Bank BTB-nin VİSA və ya MasterCard ödəniş kartlarını bankın filiallarından və şöbələrindən əldə etmək mümkündür. Xatırladaq ki, VİSA və ya MasterCard ödəniş sistemləri il boyu kart sahiblərinə əlavə güzəştlər, geniş endirimlərdən və müxtəlif imtiyazlar təklif edir. Güzəştlər həm ölkə daxilində, həm də xaricdə ödənişlər edərək vəsaitlərin səmərəli və təhlükəsiz istifadəsini təmin edir.
Bank “BTB” ASC – nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri, ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz