12 C
Baku
Saturday, November 23, 2024

“Bank BTB” ötən il böyüyüb, kredit portfeli artıb

“Bank BTB” ASC 2021-ci ili 546 min manat mənfəətlə başa vurub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

2021-ci ildə “Bank BTB”nın gəlirləri 31 milyon 479 min manat (illik müqayisədə 1.1% çox), xərcləri 31 milyon 343 min manat (7.4%% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 410 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il yanvarın 1-nə “Bank BTB”nin aktivləri 362 milyon 62 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 2% çoxdur. Bunun 251 milyon 54 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22% böyüyüb.

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 2% artaraq 307 milyon 43 min manata, balans kapitalı isə 2% artaraq 55 milyon 19 min manata çatıb. 2021-ci ildə bankın müştərilərinin tələbli depozitləri 42 milyon 38 min manatdan 18 milyon 566 min manata düşüb, müddətli depozitləri isə 97 milyon 309 min manatdan 128 milyon 867 min manata çatıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.45 milyon manatdır. Bankın səhmlərinin 74.99%-i Nigar Mehdiyevaya, 19.01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

b1

b2

Son xəbərlər
Digər xəbərlər