9 C
Baku
Friday, December 13, 2024

Bank BTB ötən ilin son və yeni ilin ilk müştərisini mükafatlandırdı

®Bildiyimiz kimi Bank BTB hər zaman məhsul və xidmətlərində yeniliklər edərək kreativ yanaşma tərzi ilə müştəriyönümlü kampaniyalar həyata keçirir, sosial layihələr, əməkdaşlar üçün komanda oyunları təşkil edir. Bu ənənəyə sadiq qalan Bank BTB ötən il başlatmış olduğu “İdeyam Var” müsabiqəsi üzrə seçilən ideyalardan birini reallaşdırdı.

İdeyaya əsasən bank xidmətlərindən yararlanan 2023-cü ilin son müştərisi və 2024-cü ilin ilk müştərisinə simvolik hədiyyələr təqdim olunub. Belə ki, geridə qoyduğumuz ilin son müştərisi olan Qəribov Ramin bəyə Sənaye filialında, bu ilin ilk müştərisi Məmmədov Fuad bəyə isə Azadlıq filialında xidmət göstərilib.

Daim çevik, gülərüz, mehriban kollektivi ilə keyfiyyətli xidmət göstərən bank olaraq bütün müştərilərimizə uğurlu və düşərli il arzu edirik.

Bankın təqdim etdiyi məhsul, xidmət və digər kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər