10 C
Baku
Wednesday, December 11, 2024

Bank BTB özünüməşğulluq proqramı iştirakçılarına dəstək oldu ®

Bank BTB korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq əhalinin həssas qrupları sayılan (əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və işaxtaran şəxslər və b.) şəxslərin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramına qoşulub.

Qeyd edək ki, Bank BTB Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memoranduma qoşulub. Məqsəd ölkədə həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi ilə yanaşı, kiçik sahibkarlığın inkişafına dəstək olmaqdır.

Proqram çərçivəsində Bank BTB müxtəlif fəaliyyət sahələri ilə məşğul olan 4 aztəminatlı ailəyə kiçik sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün lazımi avadanlıqların alınmasına başlayıb.

Belə ki, dərziçilik peşəsi ilə məşğul olan Yolçuyeva Səyalı xanıma fəaliyyəti üçün lazım olan aktivlər alınaraq təhvil verilib. Həmçinin, kiçik sahibkarlıqla məşğul olan avtoelektrik Abidov Şəmşir bəy, qadın gözəllik salonunda çalışan Verdiyeva Xəccə xanım və fotoqraf Əmiraslanzadə Ülvi bəyə lazımi avadanlıqların alınması üzrə işlərin icrasına başlanılıb.    

Layihədən bəhrələnən şəxslərdən 2 nəfərin aztəminatlı ailənin üzvü, bir nəfərin məcburi köçkün, digərinin isə əlillik dərəcəsinə malik olması layihənin sosial məsuliyyətini daha da artırır.

Onu da qeyd ki, özünüməşğulluq proqramı hazırda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır.

Məlumat üçün bildirək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətləri göstərir.

Bankın hər hansı məhsul, xidmət və kampaniyaları ilə bağlı sualı olan şəxslər genişlənən xidmət şəbəkəsi ilə yanaşı Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər